Contact Details
-
Public Email
-
GTalk
-
Skype
Verified Services
emajidli
Strasbourg
Elnur MAJIDLI - Azerbaijani journalist, blogger and podcaster in France
----
Elnur Məcidli, Azərbaycanın paytaxtı Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Sumqayıt Özəl Türk Litseyindən məzun olan E. Məcidli, Türkiyə və Fransada hüquq üzrə ali təhsil alıb.
Professional jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri olaraq başlayan Elnur Məcidli, Lider televiziyası, Assa-İrada Xəbər Agentliyi və Trend İnformasiya Agentliyinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib.
“Azərbaycan”, “Ayna”, “Xalq”, “AzerNews” və s. qəzetlərdə müxtəlif yazı və məqalələri yayınlanıb.
Medianın inkişafı ilə bağlı keçirilən müxtəlif beynəlxalq treyninq-konfransların və sertifikat proqramlarının iştirakçısıdır.
Hazırda BBC, AFP, İHA, ZDF kimi media orqanlarıyla əməkdaşlıq edən Elnur Məcidli, eyni zamanda Avropa Şurasında akreditasiyalı jurnalistdir.